Məzmuna keç

Rusiyanın axtarış-xilasetmə qrupları zəlzələ bölgəsindən geri qayıdır

Rusiyadan göndərilən axtarış-xilasetmə qrupları Türkiyədə zəlzələ bölgəsindəki işini yekunlaşdırıb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov bildirib.

O, dağıntıların təmizlənməsi üçün əraziyə ağır texnikanın cəlb olunduğunu deyib.

"Xilasetmə işləri yekunlaşdığına görə Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qruplarının geri qayıtması barədə qərar verib", – deyə nazir qeyd edib.

Qeyd edək ki, Rusiya xilasedicilərinin 6 nəfəri dağıntılar altından xilas etdikləri, 830 yaralıya kömək etdikləri bildirilib.

Lalə Salmanova