Məzmuna keç

Türkiyədə vəkilin meyiti zəlzələdən 9 gün sonra tapıldı

Diyarbəkirdə baş verən güclü zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalan vəkil Serhan Özdemirin meyiti tapılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Diyarbəkir Vəkillər Kollegiyasının üzvü olan Serhan Özdemirin cansız bədənini zəlzələdən 9 gün sonra dağıntılar altından çıxarmaq mümkün olub.

Mərhumun meyiti ekspertizaya göndərilib.

Qeyd edək ki, təbii fəlakət nəticəsində vəkilin atası da daxil olmaqla 8 ailə üzvü həyatını itirib.

Lalə Salmanova