Məzmuna keç

Ekspert: “Rusiya Kiyevə, Xarkova və Çerniqova hücum etmək gücündə deyil”

"Rusiya hazırda Kiyevə, Xarkova və Çerniqova hücum etmək gücündə deyil".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Rusiya hücum zonasını genişləndirməyə çalışır və yeni istiqamətlər axtarır, lakin sözügedən şəhərlərə hücumu gözlənilmir.

"Kiyevi, Xarkovu, Sumı, Çerniqovu unudun. Bu barədə Rusiya həmin ərazilərdə resurslar toplayanda danışacağıq. Bu gün orada qoşun yoxdur. Orada Rusiya dövlət sərhədini mühafizə etmək üçün bir neçə batalyon var – Kursk, Bryansk və Belqorod vilayətlərində. Amma onlar sadəcə kəşfiyyat apara, sərhəddə silahlı təxribat törədə bilərlər", – deyə ekspert qeyd edib.

İmanverdi Allahverdiyev