ABŞ-da məhkəmə 28 il əvvəl qətl törətməkdə təqsirləndirilərək azadlıqdan məhrum edilən şəxsə bəraət verib.
E-huquq.az BBC-yə istinadən xəbər verir ki, Sent-Luis məhkəməsində hakim David Meysonun sədrliyi ilə keçirilən prosesdə 50 yaşlı Lamar Conson barədə bəraət hökmü çıxarılıb.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, L.Conson 1994-cü ildə Markus Boyd adlı şəxsi güllələyərək öldürməkdə ittiham olunub.
İmanverdi Allahverdiyev
