Məzmuna keç

BMT Ukrayna ilə bağlı çağırış etdi

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən Ukrayna humanitar yardımla bağlı mətbuat konfransı keçirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits konfransda çıxış edərək Ukrayna üçün 3,9 milyard dollarlıq yardım istəyib.

O, yardımın 11 milyondan çox insanı əhatə edəcəyini deyib. Qriffits Ukraynada humanitar vəziyyətin sürətlə pisləşdiyini vurğulayaraq, dövlətləri, qeyri-hökumət təşkilatlarını və digər həssas insanları yardım kampaniyasına qoşulmağa çağırıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Qrandi isə mətbuat konfransındakı çıxışında ukraynalı qaçqınlara yardım üçün bu il 1,7 milyard dollar dəyərində yardım kampansiyası başlatdıqlarını deyib. O qeyd edib ki, kampaniya çərçivəsində toplanan vəsait təxminən 4,2 milyon ukraynalı qaçqın və onlara ev sahibliyi edən ölkələrdəki icmalara yönləndiriləcək.

Lalə Salmanova