Məzmuna keç

Suriya İnsan Haqları Şəbəkəsi zəlzələ qurbanlarının sayının artmasına görə BMT-ni günahlandırdı

Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) zəlzələ qurbanlarının sayının artmasına görə Birləşmiş Millətlər Təşkilatını (BMT) günahlandırıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

“Birləşmiş Millətlər Təşkilatının Suriyanın şimal-qərbində zəlzələdən zərər çəkmiş bölgələrə yardımı gecikdirməsi itkilərin artmasına səbəb olub”, – deyə bəyanatda vurğulanıb.

SNHR BMT-dən yardımın gecikməsinin səbəbini araşdırmağı tələb edib.

Qeyd edək ki, Suriyadakı zəlzələlər nəticəsində təxminən 3 688 nəfər həyatını itirib, 14 749 nəfər isə yaralanıb.

Lalə Salmanova