Fevralın 16-na keçən gecə Rusiya Ukrayna ərazisinə PUA və raketlərlə hücum edib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak deyib.
O bildirib ki, Rusiya Ukraynanın şimalına, qərbinə, həmçinin Dnepropetrovsk və Kirovoqrad vilayətlərinə zərbələr endirib.
"Lakin Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri düşmənin əksər raket və PUA-larını zərərsizləşdirə bilib", – deyə Yermak qeyd edib.
İmanverdi Allahverdiyev
