Məzmuna keç

Türkiyənin Ədliyyə Nazirliyi Avropa Məhkəməsinə müraciət etdi

Türkiyənin Ədliyyə Nazirliyi Avropa İnsan Hüquqları Məhkəməsinə məktub ünvanlayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktubda Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkən şəxslərin məhkəməyə daha əvvəl etdiklləri və edəcəkləri müraciətlər üçün son müddətlərin dayandırılmasına çağırılıb.

Müraciətdə Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələnin 10 vilayətdə dağıntılara səbəb olduğu və təxminən 13,5 milyon insanın zəlzələlərdən zərər çəkdiyi bildirilib.T ürkiyənin milli və beynəlxalq qanunvericilik çərçivəsində lazımi tədbirləri gördüyü vurğulanıb. Zəlzələdən sonra 10 vilayətdə 3 ay müddətinə fövqəlada vəziyyət elan olunduğu qeyd olunub.

"Türkiyə hökuməti insanların hüquqlarının pozulmaması üçün məhkəmə icraatları ilə bağlı bütün prosesləri zəlzələnin baş verdiyi 10 vilayətdə iki ay müddətinə, digər bölgələrdə isə müəyyən şərtlərlə bir ay müddətinə təxirə salıb. Zəlzələdən zərərçəkmiş insanların Avropa İnsan Haqları Məhkəməsinə müraciətlə bağlı hüquqlarının pozulmaması üçün məhkəmənin də bu addımı atması məqsədəuyğun olardı", – deyə nazirliyin müraciətində vurğulanıb.

Lalə Salmanova