BMT Baş Assambleyası Rusiya-Ukrayna müharibəsinin il dönümü ilə bağlı qətnamə qəbul edəcək.
E-huquq.az “Reuters”ə istinadən xəbər verir ki, qətnamə gələn həftə səsverməyə qoyulacaq.
Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün mümkün qədər tez əldə edilməsinin zəruriliyinin vurğulanacağı qətnamə ilə “ədalətli sülh” çağırışı ediləcək.
Ukrayna və tərəfdarları qətnamənin qəbul olunması ilə Rusiyanın diplomatik təcridini daha da gücləndirəcəklərinə ümid edirlər.
İmanverdi Allahverdiyev
