İsrail Kiyevdəki səfirliyini yenidən açmaq qərarına gəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri Eli Koen bu məqsədlə Ukraynaya gedib.
"Son bir il ərzində İsrail Ukrayna xalqının yanında olub. Bu gün biz Kiyevdəki səfirliyimizdə yenidən İsrail bayrağını qaldıracağıq və bu, iki ölkə arasında münasibətləri möhkəmləndirəcək", – deyə Koen bildirib.
XİN başçısının Ukrayna Prezidenti Volodimir Zelenski və həmkarı Dmitro Kuleba ilə görüşəcəyi bildirilir.
Qeyd edək ki, Eli Koen Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukraynaya səfər edən ilk israilli nazirdir.
Lalə Salmanova
