Ötən il Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Ukraynadan Almaniyaya 1,1 milyon miqrant gəlib.
E-huquq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabatda bu rəqəmin 2015-ci ildə Yaxın Şərqdən gələn miqrant axınından çox olduğu vurğulanıb.
Qeyd olunub ki, mühacirlərin üçdə ikisi Rusiya-Ukrayna müharibəsinin ilk üç ayında gəlib.
İmanverdi Allahverdiyev
