“Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Amma bunun Azərbaycana birbaşa təsiri olmayıb”.
E-huquq.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda deyib.
“Deyərdim ki, vəziyyətin bizə birbaşa təsiri olmayıb. Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Biz yəqin ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrlərə qayıtmayacağıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
