"Milli Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri zəlzələnin ilk anından səfərbər olunub".
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib.
"Mehmetçik zəlzələdən sonra kazarmadan gec çıxarıldı" iddiasına cavab verən nazir deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.
Akar Türkiyə Silahlı Qüvvələrinin zəlzələdən dərhal sonra hərəkətə keçdiyini vurğulayıb: "Türkiyə Silahlı Qüvvələri olaraq bu ağrıları azaltmaq və vətəndaşlarımıza ilk andan kömək etmək üçün hər cür səy göstəririk. Mehmetçik də mübarizənin içərisindədir. Terrorla mübarizədə və sərhəd təhlükəsizliyində olduğu kimi, zəlzələnin fəsadlarının aradan qaldırılmasında da lazım olan hər şeyi edir".
Lalə Salmanova
