Məzmuna keç

Braziliyada güclü fırtına nəticəsində 36 nəfər ölüb

Braziliyanın San-Paulu sahillərində güclü fırtına nəticəsində onlarla insan ölüb.

E-huquq.az BBC-ə istinadən xəbər verir ki, bu barədə San-Paulu əyalətinin rəsmiləri bildirib.

Məlumata görə, güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 36 nəfər ölüb, onlarla insan itkin düşüb.

"Axtarış və xilasetmə qrupları şəhərin bir neçə yerinə çata bilmir. Vəziyyət xaotikdir", – San-Sebastian şəhərinin meri Felipe Augusto bildirib.

Təbii fəlakət nəticəsində 50-ə yaxın evin su altında qaldığı qeyd olunub. Ərazidə daha güclü yağışların gözlənildiyi və vəziyyətin daha da pisləşəcəyi bildirilib.

Xatırladaq ki, ötən il ölkənin cənub-şərqindəki Petropolis şəhərində güclü yağışlar 230-dan çox insanın həyatına son qoymuşdu.

İmanverdi Allahverdiyev