Zəlzələ bölgəsindən İstanbula gətirilən 1 264 nəfər yaralının müalicəsi davam etdirilir.
E-huquq.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, indiyədək müalicə üçün gətirilən 9 983 nəfərdən 8 719-u artıq xəstəxanadan buraxılıb.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.
Lalə Salmanova
