Türkiyədə zəlzələdən zərər çəkmiş 4 şəhərdə tədris mart ayında başlayacaq.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özər bildirib.
Onun sözlərinə görə, martın 1-dən etibarən Adana, Kilis, Diyarbəkir və Şanlıurfada tədris prosesinə başlanılacaq.
Nazir, həmçinin tədris prosesinə verilən fasilənin Qaziantep və Osmaniyedə martın 13-dək, Adıyaman, Malatya, Kahramanmaraş və Hatayda isə martın 27-dək uzadıldığını deyib.
Özər vurğulayıb ki, yararlı olmasına dair arayışı olmayan heç bir binada tədris prosesi aparılmayacaq.
Lalə Salmanova
