Almaniyanın xarici işlər naziri Annalena Berbok və daxili işlər naziri Nensi Faiser baş vermiş güclü zəlzələ ilə əlaqədar olaraq Türkiyənin Kahramanmaraş şəhərinə səfər edəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Kristian Vaqner Berlində verdiyi açıqlamada bildirib.
Vaqnerin sözlərinə görə, artıq səfərin proqramı hazırlanır. O, bildirib ki, nazirlər Pazarcıkdakı çadır şəhərciyini ziyarət edəcək və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcəklər.
Qeyd edək ki, zəlzələdən zərərçəkənlər üçün viza prosedurlarının sadələşdirilməsinin təmin olunması məqsədilə hər iki nazirin Qaziantepdəki Viza Müraciət Mərkəzini ziyarət edəcəyi də bildirilib.
Lalə Salmanova
