Məzmuna keç

Hüquq və İnsan Haqları İnstitutunda Rusiya Federasiyasının nümayəndə heyəti ilə görüş keçirildi

17 fevral 2023-cü il tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) İcraçı direktoru Samir Mahmudov və Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Rusiya Federasiyasının Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun (QMHİ) direktoru akademik Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

E-huquq.az xəbər verir ki, görüşdə Mərkəzin və İnstitutun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib, gələcək planlar barədə mülahizələr səsləndirilib.

Akademik Taliya Xabriyeva öz növbəsində normativ-hüquqi aktların ekspertizası və hüquq elminin inkişafında rəhbərlik etdiyi QMHİ-nin təcrübəsi haqqında geniş məlumat verib.

Qeyd edilən qurumlar arasında hüquqi ekspertiza və qanunvericiliyin inkişafı sahəsində yaxından əməkdaşlıq edilməsi planlaşdırılır.