"Polimer Sənaye Parkı" MMC-yə cərimə yazlıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol təsdiq olunarsa, "Polimer Sənaye Parkı üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxrı hələlik məlum deyil.
Eltac Nurullazadə
