Məzmuna keç

Yunanıstan Aİ-ni Türkiyəyə dəstək verməyə çağırdı

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Avropa İttifaqını (Aİ) Türkiyəyə dəstək verməyə çağırıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazir Brüsselə səfəri zamanı mətbuata açıqlamasında deyib.

Ai xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə gedən Dendias Türkiyədə baş verən güclü zəlzəzlədə zərər çəkənlərin yardıma ehtiyacı olduğunu vurğulayıb.

“Görünməmiş bir fəlakət baş verdi. Bütün bunların nəticəsi olaraq, böyük yardım və dəstəyə ehtiyac var”, – deyə Dendias bildirib.

O, həmçinin Ai xarici işlər nazirlərinin görüşündə Rusiya-Ukrayna müharibəsi, Əfqanıstanda qadın hüquqları, iqlim dəyişikliyi kimi mövzuları müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, Yunanıstan XİN başçısı fevralın 12-də Türkiyənin zəlzələ bölgəsinə səfər etmişdi.

Lalə Salmanova