Məzmuna keç

Qazaxda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

E-huquq.az xəbər verir ki, hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"QAZ-53" və "QAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər – 1986-cı il təvəllüdlü Əfqan Abdullayev,1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

Qeyd edək ki, qəza zamanı "QAZ-53" avtomobili aşıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report