Məzmuna keç

Türkiyədə son baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3-ə çatdı, 213 nəfər yaralandı

Türkiyədə son baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3-ə çatıb, 213 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə indiyə qədər 6 nəfər dağıntılar altından çıxarılıb: "Hazırda axtarış-xilasetmə qruplarımız tam sürətlə digər xəbərlərə getməyə çalışırlar. Bu gün axşam saatlarında riskli binalara girməmək barədə xəbərdarlıq etmişik. Bu son dərəcə risklidir. Zəlzələlər davam edir. Heç bir qiymətləndirmə olmadan həmin binalara girmək fəlakətlərə səbəb ola bilər”.

Daha əvvəl 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.