Türkiyədə güclü zəlzələdən sonra dağıntılar altından çıxarılan 1838 nəfər kimsəsiz uşaq qeydiyyata alınıb.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Ailə və Sosial Xidmətlər Nazirliyindən bildirilib.
Məlumata görə, müraciət edənlərin şəxsiyyəti yoxlanıldıqdan sonra 1286 uşaq ailələrinə təhvil verilib.
"85 uşaq müalicə olunduqdan sonra nazirliyin himayəsinə götürülüb. Hazırda 467 nəfərin müalicəsi xəstəxanada davam edir. Uşaqlardan 213-nün şəxsiyyəti hələlik müəyyən olunmayıb", – deyə nazirliyin məlumatında qeyd olunub.
Lalə Salmanova
