Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Kahramanmaraşa səfər edib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində o, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə birlikdə zəlzələdən zərər çəkən insanlarla görüşüb.
Görüş zamanı Ərdoğan vətəndaşlarla söhbət edib, onların problemlərini dinləyib.
Türkiyə Prezidenti bu çətin zamanda dövlətin vətəndaşlarının yanında olduğunu bildirib.
Lalə Salmanova
