İstanbulda zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında avtobusun da olduğu 9 nəqliyyat vasitəsi bir-birinə çırpılıb.
Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.
Hadisə nəticəsində yaralananların olub-olmadığı hələlik açıqlanmayıb.
Lalə Salmanova
