ABŞ Ukraynaya növbəti dəfə “Bradley” piyada döyüş maşınları verəcək.
E-huquq.az UNIAN-a istinadən xəbər verir ki, bu, Ukrayna üçün ayrılan yeni yardım paketində yer alıb.
Mütəxəssislərin fikrincə, belə "Bradley" piyada döyüş maşınlarının təhvil verilməsi böyük əhəmiyyət kəsb edir. Çünki bu, Ukrayna Silahlı Qüvvələrinin uzaq məsafədən yüksək dəqiqlikli atəş imkanını gücləndirəcək.
Xatırladaq ki, ötən ay ABŞ Ukraynaya “Bradley” piyada döyüş maşınlarının ilk partiyasını göndərib. Belə ki, Kiyevə ilk 60 “Bradley” piyadaların döyüş maşını göndərilib.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ötən gün Kiyevə səfəri zamanı ABŞ və 50 müttəfiq dövlətin Ukraynaya ümumilikdə, 700-dən çox tank, 1000-dən artıq zirehli texnika, 1000 artilleriya sistemi və 2 milyondan çox top mərmisi verəcəyini açıqlamışdı.
İmanverdi Allahverdiyev
