Şəhər sakinləri zəlzələdən sonra böyük dağıntılara məruz qalan Hatayı tərk edirlər.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ardıcıl zəlzələlərdə evləri dağılan Hatay sakinləri avtovağzallara axışaraq xilas edə bildikləri əşyalarla dağılmış şəhəri tərk edirlər.
Sərnişindaşıma ilə məşğul olan şirkətlərdən verilən məlumata görə, gün ərzində təxminən 2 min nəfər avtobusla Hataydan gedir. Onlar əsasən Antalya, Mersin, İstanbul və digər şəhərlərə gedirlər.
Qeyd edək ki, fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Hatayda minlərlə insanın ölümünə səbəb olub.
Dünən isə Hatay vilayətində 6,4 bal və 5,8 bal gücündə ardıcıl iki dəfə zəlzələ baş verib. Son məlumata görə bu zəlzələdə 6 nəfər həyatını itirib, 300-dən çox insan isə yaralanıb.
Eltac Nurullazdə
