Məzmuna keç

BMT: Ukraynada müharibədə 8 mindən çox mülki şəxs ölüb

Rusiya-Ukrayna müharibəsi nəticəsindən 8 mindən çox dinc sakin həlak olub.

E-huquq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından bildirilib.

Məlumata görə, müharibə qurbanlarının təxminən 90%-i bombalanma nəticəsində ölüb.

BMT real itki sayının rəsmi rəqəmlərdə göstəriləndən əhəmiyyətli dərəcədə yüksək olduğunu bildirib.

İmanverdi Allahverdiyev