Məzmuna keç

Taliyə İbrahimova: “Qısamüddətli mühafizə orderlərinin sayı artıb”

"Azərbaycanda qısamüddətli mühafizə orderlərinin sayı artıb. Bu rəqəm əvvəlki illərlə müqayisədə iki dəfə çoxdur".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda çıxışı zamanı deyib.

Şöbə müdirinin sözlərinə görə, 2022-ci ildə 146 qısamüddətli mühafizə orderi verilib və bunlardan 46-sı Dövlət Komitəsinin müdaxiləsi ilə təmin olunub: "Artıq Komitənin müdaxiləsi olmadan da müvafiq icra hakimiyyəti tərəfindən mühafizə orderi verilir. Belə ki, ötən il 100 orderin verilməsi məhz vətəndaşın müvafiq icra hakimiyyətinə müraciət etməsi nəticəsində təmin olunub. Bu, təqdirəlayiq haldır".

T.İbrahimova uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı statistikanın aşağı olduğunu deyib: "Ötən il cəmi 12 uzunmüddətli mühafizə orderi verilib. Bu sayın az olmasına səbəb hüquqi prosedurlarda boşluqların olmasıdır".

Eltac Nurullazadə