Məzmuna keç

“Məişət zorakılığına qarşı mübarizədə əməkdaşlığın həyata keçirilməsi üçün əlaqələndirici orqan müəyyən edilməlidir”

""Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda deyilir ki, məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanları və qeyri-dövlət qurumları qarşılıqlı əməkdaşlıq etməlidir. Lakin bu əməkdaşlığın mexanizmi yoxdur. Hesab edirik ki, əməkdaşlığın həyata keçirilməsi üçün əlaqələndirici orqan müəyyən edilməlidir".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Komitə tərəfindən bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanıb: "Artıq təkliflər Nazirlər Kabinetinə təqdim olunub".

Eltac Nurullazadə