Məzmuna keç

Bakıda klinika vətəndaşların hüquqlarını pozmaqda günahlandırılır

"İnternational Medical Centre-Bakı" QSC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 215.1-ci ((Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "İnternational Medical Centre-Bakı" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə