Ukrayna ordusuna məxsus Su-25 təyyarəsi Xerson səmasında vurulub.
E-huquq.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, təyyarə “Novaya Kaxovka”nı atəşə tutmaq üçün uçub, lakin “Verba” portativ zenit-raket kompleksi (MANPADS) təyyarəni vurub.
Məlumatda qeyd olunur ki, hadisə fevralın 22-si, günorta saatlarında baş verib.
