Məzmuna keç

Ukrayna aviasiyası son sutkada Rusiya ordusunun cəmləşdiyi ərazilərə 11 zərbə endirib

Ukrayna aviasiyası son sutka ərzində Rusiya qoşunlarının cəmləşdiyi ərazilərə 11 zərbə endirib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Rusiya Kupyansk, Liman, Baxmut Avdeyevsk və Şaxtyorsk istiqamətlərində irəliləməkdə davam edir.

Ruslar gün ərzində Ukrayna ərazisinə 10 raket və 19 hava zərbəsi endirib, raket sistemlərindən isə 37 hücum həyata keçirib.

İmanverdi Allahverdiyev