Polşa Prezidenti Andjey Duda Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Bürosunun "Twitter" səhifəsində bildirilib.
Məlumata görə, fevralın 24-də keçiriləcək iclasda Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı təhlükəsizlik məsələləri, həmçinin ABŞ prezidenti Co Baydenin Polşaya səfərinin nəticələri müzakirə olunacaq.
Həmçinin, Polşa və ABŞ prezidentləri arasında məsləhətləşmələr və NATO-nun Buxarestdə keçirilmiş sammiti müzakirə olunacaq.
İmanverdi Allahverdiyev
