"Rusiya Ukraynanın şimalında yerləşən Çerniqov vilayətinin sərhədi yaxınlığında təxribatlara hazırlaşır".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.
"Ruslar müharibənin ildönümündə, çox güman ki, Ukrayna müdafiəçilərini ərazi bütövlüyünü pozmaqda ittiham etmək məqsədi ilə mümkün təxribatlar hazırlayır. Bunu hərbi texnikanın kolonlarının hərəkətini qeydə alan kəşfiyyat məlumatları sübut edir. Şimal Müdafiə Qüvvələri vəziyyəti nəzarətdə saxlayır və düşmən qoşunlarından fərqli olaraq, heç vaxt təxribatlara əl atmayıb və belə bir məqsədi yoxdur", -deyə məlumatda bildirilib.
İmanverdi Allahverdiyev
