Məzmuna keç

Gömrük Komitəsi “Azza”ya cərimə yazdı

"Azza" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsnin 505-ci (Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Azza" ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə