Məzmuna keç

Türkiyədə zəlzələ bölgəsində 600 minədək şəxsə psixososial dəstək göstərilib

Türkiyədə zəlzələdən zərər çəkmiş əyalətlərdə 583 min 751 nəfərə psixososial dəstək göstərilib.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık bildirib.

"İndiyədək zəlzələdən zərər çəkmiş bölgələrdə 3 min 326 personalımızla 583 min 751 vətəndaşa, zəlzələ zonasından kənarda olan vilayətlərdə isə 3 min 533 personalımızla 274 min 933 vətəndaşa psixososial dəstək xidməti göstərmişik", – deyə nazir qeyd edib.

Lalə Salmanova