"Son vaxtlar vətəndaşlar "Azəriqaz" İstehsalat Birliyinə müraciət edərək podratçı şirkətlərin onlardan sayğaca görə ödəniş tələb etdiklərini deyirlər".
E-huquq.az xəbər verir ki, bunu Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.
O bildirib ki, "Azəriqaz" əhali kateqoriyasından olan vətəndaşlara qaz sayğaclarını ödənişsiz olaraq təqdim edir.
"Dəfələrlə bunu demişik bir daha təkrar etmək istəyirəm ki, Birlik istehlakçılara satılan qazın ödənişindən başqa, heç bir xidməti ödənişli olaraq həyata keçirmir. Xahiş edirəm ki, podratçı şirkətlər vətəndaşlardan sayğaca görə pul tələb edirsə, bu barədə "Azəriqaz"a dərhal məlumat verilsin. Biz aidiyyəti qurumlar tərəfindən həmin şirkətlər barədə lazımi tədbirlərin görülməsini təmin edəcəyik", – deyə şöbə rəisi qeyd edib.
Lalə Salmanova
