Amerikalı milyarder maliyyəçi Tomas Li ofisində ölü tapılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Manhettendəki ofisində meyiti aşkarlanan milyarderin hansı səbəbdən öldüyü məlum deyil.
“The New York Post” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən 78 yaşlı Tomas Linin intihar etdiyini yazıb. Qəzet milyarderin özünü güllələyərək həyatına son qoyduğunu iddia edib.
Nyu-York Şəhər Polis İdarəsi isə ölümün səbəbinin ekspertizadan sonra məlum olacağını bildirib və hadisə ilə bağlı detallar açıqlanmayıb.
Lalə Salmanova
