Məzmuna keç

Çavuşoğlu: “Xocalıda azərbaycanlı qardaşlarımızın qətlini lənətləyirik”

"31 il əvvəl Xocalıda azərbaycanlı qardaşlarımızın qətlə yetirilməsini lənətləyirik, şəhidlərimizi bir daha rəhmətlə anırıq".

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

"Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmadıq, unutmayacağıq.

Can Azərbaycanın dərdi dərdimizdir", – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.