Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, V.Putin Türkiyə Prezidentini ad günü münasibətilə təbrik edərək, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafına böyük şəxsi töhfəsini qeyd edib.
"Telefon danışığı zamanı ikitərəfli gündəlikdəki bəzi aktual məsələlərə toxunulub", – deyə məlumatda bildirilir.
