Məzmuna keç

Çernyak: “Rusiya raket hücumlarında taktikanı dəyişib”

Ukrayna hərbi kəşfiyyatı Rusiyanın raket hücumlarında taktikasının dəyişdiyini müşahidə edib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Çernyak bildirib.

O, Rusiyanın taktika dəyişməyini iki səbəblə əlaqələndirib.

"Birincisi, onlar həqiqətən səhvlərindən nəticə çıxarırlar. İkincisi, onların təkcə yüksək dəqiqlikli raketləri deyil, ümumilikdə raket silahları da tükənir", – Çernyak qeyd edib.

İmanverdi Allahverdiyev