Məzmuna keç

Malatyada zəlzələdə yaralananların sayı 110 nəfərə çatıb –

Malatyada zəlzələ nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Dağıntılar altından 32 nəfərin xilas edildiyi bildirilib.

***

Malatyanın Yeşilyurd rayonunda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumata görə, hadisə yerinə 400-ə yaxın xilasedici cəlb olunub.

Zəlzələ nəticəsində 22 binanın çökdüyü bildirilir.

***

Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələ olub.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Ətraf əyalətlərdə də hiss edilən zəlzələ 6,96 kilometr dərinlikdə baş verib.

Lalə Salmanova