Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələ nəticəsində ciddi zərər görən metal fabriki çöküb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kahramanmaraşın Dulkadiroğlu mahalının Karaziyaret məhəlləsində baş verib.
Məlumata görə, işçilər binadan əşyaları çıxarmağa çalışarkən fabrik çöküb.
Nəticədə 1 nəfər həlak olub, 4-ü yaralanıb.
Lalə Salmanova
