"Konqres "F-16" qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı Prezident Cozef Bayden administrasiyası təzyiqləri davam etdirəcək".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu "ABC News" telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkal deyib.
O, Ukraynaya uzaqmənzilli raketlərin və "F-16"ların göndərilməsinə razılıq verilməsi üçün Ağ Evə təsir göstərə biləcəklərinə ümid etdiyini bildirib.
Makkalın fikrincə, bu silahlar münaqişənin həlledici anında Ukraynaya verilə bilər.
Lalə Salmanova
