Ukrayna Silahlı Qüvvələri sutka ərzində 5 istiqamətdə Rusiyanın 60-dan çox hücumunu dəf edib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Məlumata görə, Rusiya ötən gecə 8 raket və 32 hava zərbəsi endirib və yaylım atəş sistemlərindən 85 hücum təşkil edib.
“Rusiya Federasiyası əsas səylərini Kupyansk, Liman, Baxmut, Avdeyevsk və Şaxtyorsk istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəldir", – deyə Baş Qərargah qeyd edib.
İmanverdi Allahverdiyev
