"Çindən Rusiyaya silah ötürülməsi Ukrayna xalqı üçün faciəvi nəticələrə səbəb olar. Belə bir hərəkət eyni zamanda Çinin imicinə zərbə vurar və Pekinin müharibədə neytral mövqe tutması ilə bağlı əvvəlki bəyanatlarının yalan olduğunu göstərəcək".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda keçirdiyi brifinqdə deyib.
"Bəzi ölkələr soruşur ki, Pekin niyə Moskvanı dəstəkləyir? Bunların hamısı bu qəddar işğalçı müharibədə öz neytrallığını bəyan edən ölkə tərəfindən cavablandırılmalı olan suallardır”, – deyə Prays bildirib.
İmanverdi Allahverdiyev
