Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxsinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, Agentlik barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsnin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, Agentlik min beş yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı mart ayının 10-na təyin olunub.
Eltac Nurullazadə
