Məzmuna keç

Yunanıstanda qatar qəzasında 32 nəfər ölüb

Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində 32 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Yanğınsöndürmə Xidmətinin sözçüsü Vasilis Vatrakoyannis bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 85 nəfər hospitala yerləşdirilmişdi: “Onlardan 53-nün müalicəsi stasionar şəraitdə davam edir”.