Məzmuna keç

Türkiyə XİN Yunanıstana başsağlığı verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanda baş verən qatar qəzasında həyatını itirənlərlə bağlı başsağlığı verib.

E-huquq.az “Anadoluya” istinadən xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

"Bu faciəvi qəzada həyatını itirənlərin yaxınlarına, Yunanıstan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik", – deyə açıqlamada deyilib.

Qeyd edək ki, sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, 85 nəfər yaralanıb.

Lalə Salmanova